Maykl Ceksonun cəsədinin yarılmasıcanlı yayımlanacaq
31 Dekabr 2010 Cümə 12:10
Müğənninin pərəstişkarları isə “Discovery”nin bu təşəbbüsünə qarşı çıxıblar
“Discovery” telekanalı məşhur pop-müğənni Maykl Ceksonun ölümünün səbəbinin müəyyənləşdirilməsi üçün onun meyitinin eksqumasiyası prosesini canlı yayımlamağı planlaşdırır. Bununla bağlı mərhum pop-ulduzun nümayəndələri “Discovery” telekanalının icraçı direktoru Devid Zaslava məktubla müraciət edərək teleşounun yayımlanmasının təxirə salınmasını tələb ediblər.
Bundan əlavə Maykl Ceksonun doqquz mindən çox pərəstişkarı da müğənninin cəsədinin yarılmasının telekanalda göstərilməməsi üçün “Discovery”nin rəhbərliyinə müraciət ediblər.
“Bu proqramın nümayiş etdirilməsi Maykl Ceksonun ailə üzvlərinin hisslərinə qarşı laqeydlik nümunəsidir. “Discovery”nin bu proqramı canlı yayımlamaq qərarı onu göstərir ki, telekanal rəhbərliyi Maykl Ceksonun ölümündən öz mənfəəti üçün istifadə etmək fikrinə düşüb”, - deyə Maykl Cekson İrs Fondunun nümayəndələrinin məktubunda qeyd edilir. “Discovery” telekanalının rəhbərliyi öz növbəsində etirazlara hər hansı şərh verməkdən imtina edib.
Xatırladaq ki, Maykl Cekson 2009-cu il iyunun 25-də 51 yaşında çoxlu miqdarda yuxu dərmanı qəbul etməsi səbəbindən vəfat etmişdi. ABŞ-ın Los-Anceles şəhəri prokurorluğu 2010-cu ilin fevralın 8-də Maykl Ceksonun şəxsi həkimi, kardioloq Konrad Murreyə müğənnini qəsdən öldürdüyü barədə ittiham irəli sürmüşdü. Cinayət işi ilə bağlı ilkin dinləmələr 2011-ci ilin yanvarın 4-də keçirilməsi planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: