Maykl Ceksonun 15 yaşlı qızı damarlarını doğradı
06 İyun 2013 Cümə Axşamı 04:20
Peris özünü öldürmək istədi.
Maykl Ceksonun qızı dünən səhər Los-Anceles hospitalına gətirilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Peris Ceksonun xəstəxanaya yerləşdirilməsinə səbəb uğursuz intihara cəhd olub. 15 yaşlı qızın biləklərində çoxsaylı kəsiklər aşkarlanıb. Qızın həyatı hal-hazırda təhlükədən uzaqdı.
Yeniyetmənin ailəsi qızın intihara cəhd etdiyini təsdiqləyib. Jurnalistlərə bəlli olub ki, hadisədən bir neçə saat əvvəl qızın anası Debbi Roy ona Marlin Mansonla (Marilyn Manson) Alice Kopperin (Alice Cooper) iştirakı ilə rok-konsertə getməyə qadağan edib. 15 yaşlı yeniyetmə mübahisədən dərhal sonra öz Twitter-ində "Beatles" qrupunun məşhur "Yesterday" mahnısı paylaşıb.
Xatırladaq ki, 2009-cu ildə 51 yaşında dünyasını dəyişmiş Mayk Ceksonun qızından başqa iki oğlu var.
DOSTLARINLA PAYLAŞ: