Maykl Cekson öz əcəli ilə ölməyib
11 Yanvar 2010 Bazar Ertəsi 13:25
Maykl Cekson öz əcəli ilə ölməyib. “News Of The World” qəzeti müğənninin ölümü haqqında sənədi nəşr edib.
Ötən ilin iyun ayında dünyasını dəyişən pop musiqisinin kralı Maykl Cekson öldürülüb. Belə ki, onun vəfatı rəsmi sənədlərdə “adam öldürmə” kimi daxil edilib. İngiltərənin “News Of The World” qəzeti müğənninin ölümü haqqında sənədi nəşr edib.
Qəzetin məlumatına görə, adamöldürmə şübhəsi ilə saxlanılan, lakin sonradan azad edilən M.Ceksonun şəxsi həkimi Konrad Murrey yenidən eyni ittihamla qarşı-qarşıya qalacaq.
Xatırladaq ki, pop kralı Maykl Cekson 50 yaşında ürək çatışmazlığından ölüb. İlkin ehtimala görə, onun ölümünə səbəb yüksək dozada verilən dərman olub.
Pop kralın cəsədi ölümündən 70 gün sonra dəfn edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: