Amerika müğənnisi Mayl Cekson, 50 yaşında dünyasını dəyişib. ANS PRESS xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.
Bir neçə saat əvvəl Qərb informasiya agentlikləri, Mayl Ceksonun ürək tütması şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yaymışdı. KİV-in “pop musiqisinin kralı” adlandırdığı Mayl Cekson, son illər ərzində konsert fəaliyyətini dayandırıb. Çoxsaylı plastik əməliyyatlar nəticəsndə onun pozulmuş sağlamlığı həkimlərdə ciddi narahatlıq yaradırdı. /ANS PRESS/