Mariya Şarapova hamiledir?
20 Oktyabr 2013 Bazar 03:27
Jurnalistler Mariya Şarapova nın hamile olduğunu iddia edir.
Son zamanlarda məşhur tennisçi Mariya Şarapova haqqında şayiələr gəzir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, tennisçinin sevgilisi Qriqor Dimitrovdan hamilə qaldığı bildirilir.
Belə şayiələrin yayılmasına səbəb isə jurnalistlərin onu Los-Anclesdə gineokoloji kliniklardan birinə daxil olarkən görməsi olub. Belə ki, sadəcə hamilələr üçün olan yoxlamaradan keçmək üçün Şarapoza gələn aya təyinat alıb.
Bundan əlavə sevgilisi ilə şam yeməyində olarkən tennisçinin qarnı şişkinliyi ilə diqqət çəkib.

M.Şarapovanın meneceri Maks Ayzenbre hamiləlik barədə yaranmış şayiələrə münasibət bidlirib. “Mariya hamilə deyil. Mən artıq ağzına nə gəldi danışan bu jurnalistlərdən bezmişəm. Getsinlər öz şəxsi işləri ilə məşğul olsunlar”.

Qeyd edək ki, Şarapova və Dimitrovun sevgi münasibətlərinin olduğu Milanda birlikdə göründükdən sonra ortaya çıxıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar