Müğənni Maral Tahirqızı insan alverində təqsirləndirilir.
Müğənni Maral Tahirqızı istintaqa cəlb olunub.
ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, müğənni insan alverində təqsirləndirilir.
O, bu gün təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.
Xətai Rayon Polis İdarəsindən isə bildirilib ki, onlarda müğənni Maral Tahirqızı ilə bağlı cinayət işinin olduğunu təsdiqləsələr də, əlavə açıqlama verilməyib:
“Hələlik dindirmə gedir. Əlavə heç nə deyə bilmərik”.