Manana konsertə hazırlaşır
30 Noyabr 2009 Bazar Ertəsi 15:20
Müğənni Manana Tiflisin fəxri vətəndaşı adına layiq görülüb
Azərbaycanın əməkdar artisti Manana Çaparidzenin Moskvada yeni albomu işıq üzü görəcək. Müğənninin prodüsseri Aqşinin ANS PRESS-ə verdiyi məlumata görə, həmin albom Moskvanın “Monolit” studiyasında hazırlanıb.
Müğənni yeni albomuna 16 mahnı daxil edib. Diskə sənətçinin hit və yeni mahnıları ilə yanaşı, eləcə də həyat yoldaşı Georgiyə həsr etdiyi “Sən və mən” mahnısı da yerləşib.
2010-cu ildə isə Manana Çaparidzenin ifasında bəstəkar Eldar Mansurovun iki mahnısı və Sevinc Tağıyevanın əsərləri səslənəcək. Hazırda müğənni yeni mahnılardan birinə klip çəkdirəcəyi barədə düşünür.
Onu da qeyd edək ki, sənətçi solo-konsert verməyi də planlaşdırıb. Müğənni Azərbaycandakı layihələrini həyata keçirdikdən sonra Gürcüstanda da eyni konsert proqramları ilə çıxış edəcək.
Xatırladaq ki, 1 ay bundan öncə Manana Tiflisin fəxri vətəndaşı adına layiq görülüb. Bu titul sənətçiyə həm qazandığı uğurlara, həm də Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: