Maksim Qalkin Alla Puqaçova ilə nə üçün evləndiyini açıqladı
03 Yanvar 2012 Çərşənbə Axşamı 11:15
Primadonnanın əri danışdı.
Rusiyanın tanaınmış müğənnisi Alla Puqaçovanın yeni əri Maksim Qalkin primadonna ilə nə üçün evləndiyini açıqlayıb. Təzə bəy yeni statusunda çox xoşbəxt olduğunu deyib.
"Sobesednik"ə kiçik müsahibə verməyə razılaşan yumoristin sözlərinə görə, onlar dəfələrlə Alla Puqaçova haqqında evlilik haqqında danışıblar. Lakin həmişə belə qərar gəliblər ki, onlar üçün belə yaxşıdır, çünki heç bir möhür olmadan belə onlar əsl ailə olublar.
"İlk növbədə biz əlbəttə özümüz üçün ailə qurmuşuq. Əslində bizim üçün qeydiyyatsız da hər şey yaxşı idi. Biz artıq uzun illərdir bir yerdə, eyni damın altında yaşayırıq. Ancaq nigah ciddi məsələdir. Mən bu barədə qərar verən kimi Alla Puqaçovaya təklif etdim və o razılaşdı. Məncə hissləri yoxlamaq üçün kifayət qədər vaxtımız olub", deyə Qalkin qeyd edib.
Maksim bu addımları ilə şayiələrə son qoymaq istədiklərini də etiraf edib: "İkincisi biz dostlarımız, ən yaxınlarımız, bizim üçün sevinənlər üçün toy təşkil etdik. Bizi təbrik etmək üçün qardaşım və həyat yoldaşı, Kristina Orbakayte və əri, Allanın nəvələri gəlmişdilər. Nəhayət üçüncüsü, biz toy ilə tənqidlərə və şayiələrə son qoymaq istədik".
Möhürdən sonra hisslərinin dəyişib-dəyişmədiyi barədə suala isə yumorist "Əlbəttə yox!" deyə cavab verib. Şoumen 35 yaşında çox şeyə nail olduğunu düşünür: karyerası var, özünə ev qurub, ölkənin ən nüfuzlu qadının sevgisini qazanıb.
"Mənim üçün hər şey olduğu kimi qalır. Yəqin ki, nigah məsuliyyəti daha da artırır. Amma mən bir insan kimi sevdiklərimə və sevənlərimə qarşı məsuliyyətliyəm", deyə Qalkin vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: