Makiyajsız Rihanna - Şekil
14 Mart 2014 Cümə 17:36
Barbadoslu gözəlçə Rihanna yeni şeklini yayımlayıb. Müğənni makiyajsız olması və idman üslublu geyimi ilə diqqət çəkib.
ANS PRESS-in məlumatına görə, dünya şöhrətli müğənni yeni sevgilisi ilə daha çox vaxt keçirtməyə üstünlük verir. İfaçı Dreykl ilə birlikdə Avropa turuna çıxıb. Riri tur zamanı makiyajsız görkəmi ilə kamera önünə keçib. Daha sonra isə şəxsi İnstaqram səhifəsində paylaşıb.

Rihanna və Dreyk turne zamanı əvvəlcə Fransa və Hollandiyaya, daha sonra isə İngiltərəyə səfər edib. İfaçılar Londondakı restoranlardan birində şam yeməyi yeyib. Rihanna otelə qayıdarkən paparatsilərin hədəfinə tuş gəlib. Müğənni makiyajsız olması və idman üslublu geyimi ilə diqqət çəkib.

Xatırladaq ki, Rihanna ötən həftə Parisdə qatıldığı tədbirdə hər kəsi şoka salmışdı. Alt geyimi geyinməyi sevməyən ifaçı moda həftəsinə buzqaltersiz qatılıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar