Mahnımızı oğurladılar
13 İyul 2013 Şənbə 20:57
Gövhər Həsənzadənin "Pəncərəmdə" mahnısı "Polovinki” oldu
Bəstəkar Gövhər Həsənzadənin məhşur “Pəncərəndə” mahnısını bu dəfə Dağıstanın gənc müğənnisi Samira ifa edib. ANS PRESS-in məlumatına görə, gənc müğənni mahnını rus dilində, “Polovinki” adı altında oxuyub. Hazırda Samiranın repertuarını bəzəyən bu mahnını müğənni ötən il ilk solo konsertində səsləndirib.

Bəstəkar məsələyə münasibətini belə bildirdi: “Artıq birinci dəfə deyil. Bundan öncə də tacik müğənnisi mənim “Bir gecəlik” mahnımı anonim kimi oxumuşdu. Çox təəssüf edirəm ki, əksər hallarda ifa olunan mahnıların çoxu anonim kimi təqdim olunur. Bu, təkcə mənim deyil, bir çox bəstəkarların ağrılı yeri, müəllif hüququnun kobud şəkildə pozulmasıdır.

Təbii, hər bəstəkar istər ki, onun mahnısı vətənindən uzaqlarda da səslənsin. Müəllif hüquqları pozulmadan istənilən ölkənin müğənnisi mahnımı oxuya bilər. Yəqin ki, artıq bu məsələ ilə ciddi məşğul olmağın zamanı çatıb”.






DOSTLARINLA PAYLAŞ:

oyunlar