Madonnanın zəhmətinə və çəkdiyi xərclərə dəymədi
08 Sentyabr 2011 Cümə Axşamı 06:10
Amerikalı müğənninin çəkdiyi film festivalda tənqid hədəfi olub
“Venesiya” film festivalında Madonnanın filmi uğursuzluğa düçar oldu. Film 20-ci əsrin ən əsas romantik hekayəsindən - Britaniya kralı Viii Edvardın öz taxt tacından sevdiyi amerikalı qız, Uollis Simpsonla evlənməsinə görə imtina etməsindən bəhs edir. Hər kəsin diqqəti Madonnanın filminə yönəlsə də, kino tənqidçiləri filmi uğursuz və mənasız adlandırmaqdan da çəkinməyib. Belə ki, Londonun “Times” jurnalı filmi “bəzən gülməli, bəzən isə dözülməz”, “Guardian” isə “hədsiz dərəcədə zövqsüz” adlandırıb. “Varety” isə yazır ki, “gözlənilməz dərəcədə zəif aktyor oyunu və həqiqətə uyğun olmayan dialoqlar, özündə yalnız gülüş doğurur. Əgər filmdə gözəl kostyumlar və möhtəşəm dekorasiyalar olmasaydı, filmi lazımsız hesab etmək olardı”.
Qeyd edək ki, Madonna kino tənqidçilərdən belə rəy gözləmirdi. Ama buna baxmayaraq Madonna özünü incəsənətin bir neçə sahəsində sınamağa hazır və maraqlı olduğunu vurğulayıb.
Bir il əvvəl də Madonna cavan qızlar üçün qiyməti 12-40 dollar arasında dəyişən özünün geyim kolleksiyasını nümayiş etdirmişdi ki, bu da səs-küyə səbəb olmuşdu.
DOSTLARINLA PAYLAŞ: