Madonnanın evi fantastik qiymətə satıldı
26 Oktyabr 2013 Şənbə 17:54
Pop kraliça bu evdə qısa müddət yaşayıb.
Madonna ABŞ-ın Los Anceles şəhərindəki evini 20 milyon dollara satıb. ANS PRESS-in xarici mətbuata istinadla xəbər verir ki, Madonna məşhur Beverli Hillz küçəsindəki bu evi 2003-cü ildə 12 milyon dollara alıb.

Evə əvvəlcə 28 milyon dollar qiymət qoyulubmuş.

Qeyd edək ki, Madonnanın evi böyük torpaq sahəsinə malik olmaqla yanaşı, hasarlarla qonşu evlərdən ayrılıb.
Evdə 9 yataq otağı, 15 vanna, yaşayış otağı, kinoteatr, böyük hovuz, tennis meydançası və iki qonaqlar üçüm nəzərdə tutulmuş kottecə malikdir.

Pop kraliça bu evdə qısa müddət yaşayıb. İngilis rejissor Qay Ritçellə evlənəndən qısa müddət sonra Briyaniyada yaşamağa üstünlük verib. Bundan sonra Madonna çox az müddətdə bu evdə yaşayırmış.





DOSTLARINLA PAYLAŞ:

oyunlar