Madonnanın başına bit düşdü
15 Noyabr 2010 Bazar Ertəsi 04:35
Müğənni iştirak etdiyi tele-şouda bunu gizlətməyib
Amerikanın məhşur ulduzu Madonnanın başına bit düşüb. Bu barədə müğənni özü iştirak etdiyi tele-şou proqramlarından birində məlumat verib. Ellen DeGeneresin proqramında iştirak edən Madonnanın tele-şou bitənə qədər tez-tez qaşındığı və əllərini saçından ayırmadığı müşahidə olunub. Müğənni başına bit düşdüyünü etiraf edib: “Uşaqlara bit düşdü. Onların sayəsində mən də bitləndim. Halbuki bitdən yeni qurtulmuşduq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar