Meril Strip özünü heç vaxt gözəl hesab etməyib – bunu yalnız ətrafdakılar belə fikirləşib.
Moda ilə maraqlanmayıb – amma dəb dünyasında əsas fiqurlardan olub. Dönəmimizin ən məşhur aktrisası haqda maraqlı məlumatları show.az-da oxuyacaqsınız.
İnanmaq çətin olsa da Meril Strip haqda çoxları “əvəzolunmaz aktrisa” fikrini səsləndirsələr də, xanım sənətçi özünü bir o qədər də işgüzar saymır: “Mən həm işləyə, həm də dincələ bilərəm, son dərəcə intizamsızam”. Bu yaxınlarda aktrisa “Əzrayıl Prada geyinir” filmində rol alıb. Meril burada jurnal redaktoru olan əsil ifritə obrazını canlandırır. Film boyu işlətdiyi sözlər biri-birindən acıdır: “Öz suallarınızla digərlərini bezdirin”, “Sizin üslubdan xəbəriniz yoxdur. Bu sual deyil.”, “Sizin təcrübəzisliyinizin xırdalıqları məni maraqlandırmır” təbii ki, bütün bunlar uzunmüddət sitat kimi işlənəcək.
Miranda Pristli (Stripin qəhrəmanının adı) – insanlıqdan kənardır. O əla müdirə, işçilərinə təsir eləyəcək biridir, nəzərindən isə tük də yayınmır. Rejissor istədiyi nəticəni Merildən alıb. O əsil ifritə obrazını canlandırıb. Xanım sənətçi isə özü belə fikirləşmir: “Mən əslində içimizdən birini canlandırmışam. Qəhrəmanım kifayət qədər tələbkar və intizamlıdır. Vaxtının qədrini bilir, onu heç kimə boşuna sərf etmir. Ona görə də heç kimə mehriban gəlmir. Tanıdığım insanlarla müqayisədə o özünü çox yaxşı təqdim eləyir.” Onları birləşdirən yeganə xüsusiyyət isə geyim tərzidir. Hər ikisi klassik üslublu kostyumları sevirlər.
“Mən heç vaxt brendlərə fikir vermirəm, dəblə ayaqlaşmaq da mənə görə deyil” – Meril etiraf edir və gülür. Strip rollarının öhdəsindən layiqincə gəlir və bunun üçün əlindən gələni edir. 12 yaşında valideynləri onu xüsusi opera dərslərinə yazdırmışdılar.
Öz dövründə Strip Evita rolunu oynamaq istəyib: “Mən Madonnadan qat-qat yaxşı oxuya bilirəm. Əgər o bu rolu alsa onun boğazını özüm parçalayacam”- deyərək pop-divaya hədə-qorxu gəlib. Amma yaxşı ki, aktirisa bu arzusunu həyata keçirtmədi. Tezliklə Madonnanın əlindən çoxdan unudulmuş “Musiqili ürəklər” filmindəki rolunu aldı. 8 həftə, hər gün 6 saat olmaqla skripkada çalmağı öyrəndi.
Öyrənmək və qulaq asmaq – bunu Meril həmişə gənc aktisalara tövsiyə edir. “Gözəl olmadığın üçün kompleks keçirtmək lazım deyil” - deyir aktrisa. Meril Strip: “Aktrisa üçün ən böyük tələ xarici görkəminə çox aludə olmasıdır. Mən özümü heç vaxt gözəl saymamışam. Bu da mənə obrazlarımı özümdən fərqləndirməyə kömək edib. Həmişə xarakterli aktirsa olmuşam, elə indi də beləyəm”.
Hələ balaca qız olanda Meril güzgünün qabağında oturub üzünə qırışlar çəkirdi – istəyirdi ki, qoca görünsün. İndi boynuna alır ki, özünü həmişə 40 yaşında hiss edib. 40 yaşı olanda isə özünü rahat hiss edib. İndi də 40 yaşındakıdan fərqlənmir, heç bir plastik əməliyyat olmadan özünü çox gözəl formada saxlamağı bacarıb. Meril Strip təkcə gözəl deyil – o, canlı əfsanədir. “Onun xüsusi gözəlliyi var, onu hamı görüb. Amma mən hələ bu sirrin üstünü açmamışam”– dostu Cek Nikolson etiraf edib ki, aktrisanın gülüşü Cokondanın gülüşünə bənzəyir.
Meril indi ən çox “Oskar” alan sənətçilərdəndir. ““Oskar”ın böyük mənası var. Sən bu mükafatı alanda deməli çoxlu tamaşaçı tərəfindən çəkildiyin film izlənilib. Mən hər dəfə nominasiya alanda həyəcanlanıram. Mükafatlarımın sayını bilmirəm, amma birini də istəyirəm. Çünki bir qızım hələ bu mərasimdə iştirak etməyib.”aktirsa müsahiblərində deyir. Ailə həyatı uzunömürlü və xoşbəxtdir.
Aktyor Con Kazal ilə 70-ci illərin ortalarında nişanlansa da çox keçmir ki, Con xərçəngdən dünyasını dəyişir. Sonralar heykəltəraş Don Qammer ilə ailə həyatına razılıq verir. 30 ildir ki, eyni dam altında yaşayırlar. Üç qızı (15, 20, 23 yaşlarında) və bir oğlu (28 yaşında) var. Həyat yoldaşı haqda danışmaqdan aktirsa vaz keçir. Ailə həyatının sirləri ilə isə məmnuniyyətlə bölüşür: “Bu istəkdən asılı gələn, güzəştə getməyi bacaran bir hissdir. Mənə həm ailə, həm də iş önəmlidir. Heç birini qurban vermək fikrində deyiləm”.