Madonna sevgilisinə bahalı hədiyyə alıb
30 Oktyabr 2009 Cümə 18:30
Mügənni Xesus Lusa 2,7 milyon dollar dəyərində olan mülk bağışlayıb
Pop-musiqi kraliçası Madonna gənc sevgilisi Xesus Lusa bahalı bir hədiyyə verib. Amerikalı müğənni 23 yaşlı braziliyalı modelə qiyməti 2,7 milyon ABŞ dolları olan və Nyu-Yorkda yerləşən mülk bağışlayıb. Mənbənin verdiyi məlumata görə, Madonnanın meneceri müğənninin evinə yaxın olan bir mülkü seçərək ona göstərib. Mülkü bəyənən Madonna onu alıb və sevgilisinə hədiyyə edib.
Müğənni sevgilisinə bahalı hədiyyələr almaqla yanaşı, karyera qurmasına da kömək edir. Belə ki, bu yaxınlarda Xesus Madonnanın köməyi ilə bir neçə müqavilə imzalayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: