Leydi Qaqadan biabırçı etirafı
19 Noyabr 2011 Şənbə 06:09
Müğənni ayaqyolu yerinə zibil qabından istifadə edirmiş.
Səsindən çox yaratdığı qalmaqalla gündəmdə olan amerikalı müğənni növbəti dəfə dünyanı şoka salıb. İngiltərədə bir şou proqramında iştirak edən Leydi Qaqa təbii ehtiyacı üçün otaqda olan zibil qabından istifadə etdiyini bildirib: “Çox vaxt geyinmə otağında olan zibil qabından istifadə edirəm. Çünki tualetlər həmişə dəhlizin axırında olur”.
“Daily Mail” qəzetinin məlumatına görə, geyimi ilə həmişə qalmaqal yaradan müğənni bu dəfə də ənənəsinə sadiq qalıb. Məlumata görə, tele-şouda iştirak edərkən onun başında sperm şəklində başlıq olub.
DOSTLARINLA PAYLAŞ: