Leydi Qaqa indi də jurnalist oldu
18 May 2011 Çərşənbə 03:30
Qəzet işçiləri ilə iclas keçirən pop müğənnisi Leydi Qaqa onlarla xəbərin əhəmiyyəti barədə müzakirələr aparıb.
Amerikalı müğənni Ledi Qaqa jurnalist olmağa çalışıb. Oxuduğu mahnılar, geyindiyi paltarlar və səhnə şouları ilə dünya mətbuatının gündəmində olan Qaqa bu dəfə də redaktorluq edib. O bu addımını İngiltərənin paytaxtı Londonda nəşr olunan və metrolarda pulsuz paylanan “Metro International” qəzetində atıb. Qəzetin işçiləri ilə iclas keçirən pop müğənnisi onlarla xəbərin əhəmiyyəti barədə müzakirələr aparıb.

Qeyd edək ki, Ledi Qaqa jurnalistlik fəaliyyəti göstərdiyi anda belə çəhrayı saçları və qeyri-adi geyimi ilə mətbuatın diqqət mərkəzində qalmağa nail olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar