Müğənni Ledi Qaqa növbəti dəfə konsert proqramında öz pencəyinə ilişərək yıxılıb.
Amerikanın oxuduğu mahnılar, qeyri-adi geyimlər, və qalmaqallarla gündəmdən düşməyən məşhur müğənnisi Ledi Qaqa növbəti dəfə konsertdə yıxılıb. Hadisə Amerikanın Atlanta şəhərində baş verib. buna səbəb müğənninin yerə atdığı pencək olub. Belə ki, Qaqa populyar mahnılarından biri olan “Poker Face”ni oxuyaraq rəqs edərkən pencəyini yerə atıb və daha sonra bu pencəyə ilişərək yıxılıb. Özünü itirməyən Ledi Qaqa özünü itirməyərək tez ayağa qalxıb və konsertə davam edib.
Xatırladaq ki, Leydi Qaqa təxminən 10 gün əvvəl ABŞ-ın Hyuston əyalətindəki konsert səhnəsində pianonun üstünə çıxmağa çalışarkən də yıxılmışdı. ANSPRESS