Yardım konserti vermək üçün Yaponiyaya gedən Ledi Qaqa kameraların qarşısında göz yaşı tökərək ağlamışdı.
Amerikanın qeyri-adi geyim tərzi və şouları ilə tanınan müğənnisi Ledi Qaqa Yaponiyada baş vermiş zəlzələ və sunami fəlakətində zərər çəkmişlər üçün keçirilən yardım kompaniyasının pullarını mənimsəyib. Məlumata görə, müğənni üstündə “Yaponiya üçün dua edək” yazılmış ağ biləziklərin satışından əldə olunan pulların bir hissəsini cibinə qoyduğu üçün məhkəməlik olub. Vəkil Ari Kreş 25 yaşlı müğənni barəsində yardım toplayarkən korrupsiyaya yol verdiyi üçün məhkəmə iddiası qaldırıb.
Qeyd edək ki, 1 ədədi 5 dollara satılan yardım biləziklərinin qiymətini bir az daha baha göstərən Qaqa meydana gələn məbləği özünə götürüb. ANSPRESS
Xatırladaq ki, keçən həftə yardım konserti vermək üçün Yaponiyaya gedən Ledi Qaqa kameraların qarşısında göz yaşı tökərək ağlamışdı.