27 yaşlı müğənnini Ledi Qaqa Nyu York-da studiyaların birində yeni “Applause” mahnısının məşqləri zamanı yerli paparazzilərin kameralarına tuş gəlib.
Məşhur amerikalı müğənni Ledi Qaqadan daha bir təəcübləndirici yenilik. Hər dəfə ekstravaqant, qeyri-adi geyimləriylə tamaşaçılarını təəccübləndirən ifaçı bu dəfə saçının rəngini dəyişib.
ANS PRESS-in “7days” saytına istinadən verdiyi xəbərə görə, pop-ulduzun bir neçə gün əvvəl qısa “Bob”stilində olan saç düzümü ilə görüntülənməsinə baxmayaraq, bu dəfə saçlarını uzadaraq qəhvəyi rəngə boyayıb.
27 yaşlı müğənnini Nyu York-da studiyaların birində yeni “Applause” mahnısının məşqləri zamanı yerli paparazzilərin kameralarına tuş gəlib.
Qeyd edək ki, hər il avqust ayının 25-də Nyu York-da keçirilən “MTV Video Music Awards” mükafatlandırılma gecəsi bu il Ledi Qaqanın səhnəyə çıxışı ilə açıq elan olunacaq.