Layt Selami geri qayıdır
16 Dekabr 2010 Cümə Axşamı 04:40
““Arka Sokaklar”da şəhid olsam “Çocuklar Duymasın” filminə qayıdacağam”
Türkiyə telekanallarından birində nümayiş olunan, komediya janrında çəkilmiş “Çocuklar Duymasın” serialının məhşur siması “Layt” Selami rolunun ifaçısı Özgür Ozan bu filmə yenidən qayıda biləcəyini deyib. Hal-hazırda “Arka Sokaklar” serialında komisar Hüsnü rolunu canlandıran aktyor gələcək hədəfinin kino filmi olduğunu bildirib: “Biz də böyüyəndə böyük qardaş-bacılarımız kimi kino çəkəcəyik”.

Jurnalistin “Çocuklar Duymasın” serialına qayıdıb-qayıtmamaq barədə suaına isə Özgür Özan özünəməxsus tərzdə cavab verib. ““Arka Sokaklar”da şəhid olsam “Çocuklar Duymasın” filminə qayıdacağam”.

Aktyor həmçinin yenidən birlikdə olan keçmiş serial heyətində özünün əksik olmasına təəssüfləndiyini bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar