Larisa Dolina stress keçirib
14 Yanvar 2010 Cümə Axşamı 19:45
Orlandoya uçan təyyarənin mühərriki havada ikən yanmağa başlayıb. Larisa Dolina stress keçirib.
Məşhur rusiyalı müğənni Larisa Dolina Amerikada qəzaya uğrayıb. Əri ilə Sen-Bartdan Orlandoya uçan aktrisanın göyərtəsində olduğu təyyarənin mühərriki havada ikən yanmağa başlayıb.

Təyyarə kapitanı təcili olaraq Puerto-Rikoya enmək məcburiyyətində qalıb.

“Biz təyyarəyə yenicə minmişdik, uçuşdan 10 dəqiqə sonra o dəhşətli şəkildə silkələnməyə başladı. Bu əsl dəhşət idi”, - deyə Dolinanın əri və prodüseri İlya Spitsın bildirib. Onun sözlərinə görə, Puerto-Rikoda təyyarəni yanğınsöndürənlər qarşılayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar