Lalə Məmmədovanı hələ belə görməmisiniz
08 Noyabr 2011 Çərşənbə Axşamı 16:01
"Aysel"in yeni sayı artıq satışda.
Əməkdar artist Lalə Məmmədovanı hələ belə görməmisiniz. Onun yeni fotosessiyasını "Aysel" jurnalının yeni, noyabr sayında görə bilərsiniz. Həmçinin maraqlı müsahibəni oxuyaraq müğənninin daxili aləmindən xəbərdar olacaqsınız.
Mumla tükləri təmizləmək, kirpikburan, saç ütüsü… Bunlar qadınların Ən çox qorxduqları gözəllik vasitələri və qulluqlarıdır. "Aysel" gözəllik qorxularından və onları necə dəf etməkdən yazır.
Dünyada milyonlarla insan qəbizlikdən əziyyət çəkir. "Aysel" qəbizliyi əmələ gətirən amillərdən, profilaktikasından və müalicə metodlarından yazır.
Bu fəsil modabazlar payız qarderobunu "Aysel"lə bərabər yeniləyəcəklər. Bilmək istəyirsiniz, bu mövsüm dizaynerlər qarderoba nələri daxil etməyi məsləhət görürlər.
Sizcə, başınız ağrayanda həb qəbul eləmək yaxşıdır, ya banan yemək. Əlbəttə dadı, ləzzətinə və ağrıkəsici təsirinə görə banan yaxşıdır. "Aysel" ağrıkəsici ərzaqlardan yazır.
Qarabaşaq pəhrizi populyarlığı, asanlığı və dözümlülüyü ilə seçilir. Bu pəhriz vasitəsilə 14 günə 12 kq çəki atmaq mümkündür. Daha ətraflı "Aysel"in yeni sayında.
DOSTLARINLA PAYLAŞ: