Kurtlar Vadisi qəhrəmanı Oktay Kaynarca evlənir
28 May 2012 Bazar Ertəsi 13:56
Oktay Kaynarca nişanlanıb.
Azərbaycanda da böyük tanaşaçı kütləsinə malik olan "Kurtlar Vadisi" türk serialının qəhrəmanlarından biri evlənməyə hazırlaşır. ANS PRESS-in türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, "Çakır" xarakteri ilə tanınan Oktay Kaynarca nişanlanıb.
Adıçəkilən serialın başqa bir qəhrəmanı, qadın aktrisa Özgü Namal ilə aralarındakı sevgi münasibətləri ilə diqqətləri üstünə çəkən Kaynarca yeni münasibətini uzun müddət sirr kimi gizli saxlayıb. Aktyorun seçimi 31 yaşlı Mələk Anqundur. O, evlənmək üçün İstanbulda teatr sahəsində təhsil alan Anqunun Bursada yaşayan ailəsinə elçi gedib. Cütlük üçün ailə arasında kişik nişan mərasimi keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar