Anonsun əvvəlində “Polat bəy, bundan sonra üzünüzdə sarğı olmayacaq” müjdəsi verilir. Son seriyalarda Polat Alemdarın üzünü görə bilməyən tamaşaçılar üçün həsrət bitir.
Yavaş-yavaş əvvəlki vəziyyətinə qayıdan Polat Alemdar bu həftə də mübarizəni davam etdirəcək. O, bir tərəfdən Səncərə qarşı savaş açır, digər tərəfdən isə Səncərin yeni siyasəti də özünü göstərməyə başlayır.
183-cü seriyanın sonunda vurulan və Polat Alemdarın qucağına düşən Akifin aqibəti də maraqlıdır. Anonsda yaşadığı görünən Akif üçün hər şey bitməyib.
Qeyd edək ki, “Kurtlar Vadisi Pusu”nun yeni seriyası martın 7-də nümayiş etdiriləcək.