Bəzi xəbər saytaları bunun baş nazir Ərdoğana göndərilən mesaj olduğunu iddia edib
Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” filminin son seriyasında nümayiş olunan bir səhnə Türkiyədə qalmaqal səbəb oldu. Qeyd edək ki, filmin 17 may tarixdə yayımlanan 159-cu seriyasında Polad Alemdarın qəbristanlıqda maşınından düşdüyü yerdə “Erdoğan” yazılmış baş daşı görünür. Bəzi xəbər saytaları və sosial şəbəkələrdəki şərhlərdə bunun baş nazir Rəcəb Tayyib Ərdoğana göndərilən mesaj olduğu iddia edilib.
Serialın prodüsseri “Pana Film” isə iddiaların “axmaqca” adlandırıb. “Bu gün bəzi internet saytlarında “Kurtlar Vadisi Pusu” serialının 159-cu seriyasındakı qəbristanlıq səhnəsində Erdoğan yazılmış baş daşının məxsus göstərildiyi iddia olunub. Serial çəkilişlərinin aparıldığı qəbristanlıqda göstərilən həqiqi baş daşının 3 saniyədən də az göstərildiyi bu səhnə üçün yazılan xəbərlər və şərhlər axmaqca iddialardır”.