Kurtlar Vadisi Fələstin filminin ilk fotoşəkilləri
16 Avqust 2010 Bazar Ertəsi 05:50
Noyabrın 5-də nümayiş olunması gözlənilən “Kurtlar Vadisi Fələstin”in Türkiyənin ən bahalı filmi olacağı bildirilir.
Çəkilişi keçən ötən Mersin vilayətinin Tarsus rayonunda başlayan “Kurtlar Vadisi Fələstin” filminin ilk fotoşəkilləri mətbuata təqdim olunub. Film heyəti Adana şəhərindəki “Çukobirlik” fabrikində süni müharibə meydanı hazırlayıb. Tarsusun məhəllələrindən birində isə kiçik Fələstin yaradılıb. Filmin çəkilişləri isə hazırda 400 nəfərlik heyətlə davam edir. Qeyd edək ki, filmin çəkilişi sentyabrın 10-a qədər Adana və Tarsusda davam edəcək.

“Kurtlar Vadisi Fələstin” filminin aktyor heyəti Necati Şaşmaz, Gürkan Uygun, Kənan Çoban, Erdal Beşikçioğlu, Nur Aysan, Mustafa Yaşar və Erkan Severdən ibarətdir.

Xatırladaq ki, “Aşkı Memnu” serialında Peykər (Bihterin bacısı) rolunun ifaçısı olan Nur Aysan bu filmdə Polad Alemdarın tərəf müqabili olacaq.

Noyabrın 5-də nümayiş olunması gözlənilən “Kurtlar Vadisi Fələstin”in Türkiyənin ən bahalı filmi olacağı bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar