Küçük İbo Bakıya gələcək
18 May 2010 Çərşənbə Axşamı 17:00
Küçük İbo Bakıya gələcək. Rejissor Nail Naiboğlu onun üçün klip çəkəcək.
İlk dəfə türk sənətçisi üçün klip çəkən azərbaycanlı klipmeyker kimi tarixə düşən Nail Naiboğlu bu dəfə daha Küçük İbo ilə işbirliyinə imza atacaq. Rejissorun ANS PRESS-ə verdiyi məlumata görə, Küçük İbonun Bakıda klipi çəkiləcək.

Qeyd edək ki, yeniyetməlik dövründə səsində yaranan dəyişikliyə görə sənətinə ara verən müğənni yenidən səhnəyə qayıdıb. Fəaliyyətinə start verən Küçük İbo artıq yeni albom buraxıb və alboma daxil olan mahnılardan birinə Turkiyədə klip çəkdirib. Yeni albomundan ikinci mahnıya isə İbo Bakıda klip çəkdirməyə qərar verib. Klipi azərbaycanlı heyət çəkəcək.

Türk müğənnisin klip çəkilişləri iyunun ortalarında reallaşacaq. Bu məqsədlə Bakıya gələcək İbo burada konsert proqramı ilə də çıxış etməyi planlaşdırıb.

Rejissor Nail Naiboğlunun sözlərinə görə, Azərbaycana gəlmək və bizim şou-biznes simaları ilə ünsiyyət qurmaq İbonun ən böyük arzularından biridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar