KQB musiqi şirkəti yaratdı
26 May 2013 Bazar 10:14
Kamal Məmmədov özünün musiqi istehsalı mərkəzini açdı.
Azərbaycanın yeni müstəqil musiqi istehsalı mərkəzi yaradıldı. ANS PRESS-in məlumatına görə, musiqi birliyinin adı "Baku Boom Pro" ( BBP ) şirkətidir. Musiqi şirkətinin təsisçisi və sahibi KQB səhnə adı ilə tanınan hip-hop ifaçısı və musiqi prodüseri Kamal Məmmədovdur.

Musiqi şirkətinin yaradılmasında məqsəd müxtəlif musiqi janrlarında ifa edən ifaçıların ortaya çıxarmaq və yüksək keyfiyyətli musiqi yaratmaqdır. Şirkət hal-hazırda 4 ifacı ilə işləyir. Bunlar gənc repçilər Roşka, Aliko, Mirzə, Kubra Şadovdur.

BBP-da musiqi nömrələrinin ekranlaşdırılması rejissor Natiq Novruzova həvalə edilib. Musiqilərin aranjemanı və səsyazması ilə Fərid Aqa məşğul olur. Musiqi şirkətinin veb-meneceri Emil Ramazanovdur.

Kamal Məmmədov yeni yaratdığı musiqi komandası ilə maraqlı layihələr həyata keçirəcəyini bildirdi: "Baku Boom Pro" yay aylarında rayonlara turneyə çıxacaq. Bundan əlavə Bakıda konsertimiz olacaq. Dinləyicilərimizi tez-tez maraqlı musiqilərimiz, kliplərimiz, yeni ifaçılar və konsertlerimizlə sevindirəcəyik".

"Baku Boom Pro" musiqi şirkətinin məhsulları "Youtube" kanalında izləmək mümkündür: http://www.youtube.com/user/KQBpro?feature=watch


DOSTLARINLA PAYLAŞ:

oyunlar