Konçitanın şok uşaqlıq şəkilləri üzə çıxdı
14 May 2014 Çərşənbə 06:30
Cinsiyyətini dəyişdirmədən əvvəlki şəkilləri yayılan Konçitanın indi isə uşaqlıq şəkilləri gündəmə gəlib.
Bu il Danimarkanın paytaxı Kopenhagendə keçirilən 59-cu "Eurovision" mahnı müsabiqəsinin qalıbi olan transseksual ifaçı ilə bağlı yayılan xəbərlər səngimək bilmir.
ANS PRESS-in məlumatına görə, "Eurovision 2014" mahnı müsabiqəsində ifa etdiyi "Rise Like a Phoenix" ("Simurq quşu kimi yüksəl") mahnısı ilə 290 bal toplayaraq birincilik əldə edən transseksual ifaçı Konçita Vurst (Conchita Wurst) haqqında hər gün yeni bir məlumat, yeni bir foto yayılır. Qalib seçildiyi gün onun cinsiyyətini dəyişdirmədən əvvəlki şəkilləri yayılmış, indi isə uşaqlıq şəkilləri gündəmə gəlib.
Əsl adı Tomas Nyuvirt (Thomas Neuwirth) olan 25 yaşlı müğənni müsabiqəyə qatıldığı ilk gündən görüntüsü ilə bir çox insanın etirazı ilə üzləşmiş, hətta bəzi ölkələrdə iştirakçının müsabiqədən uzaqlaşdırılması barədə çağırışlar edilmişdi. Lakin Konçita haqqında səslənən fikirlərə heç bir əhəmiyyət verməyərək, yüksək səs toplayaraq müsabiqənin qalibi olmağı bacardı.
Qeyd edək ki, Konçita "Eurovision" tarixində seçilən ikinci transeksual qalibdir. Birincisi isə 16 il əvvəl İsrail təmsilçisi olub.
DOSTLARINLA PAYLAŞ: