Klaudiya Şiffer üçüncü dəfə ana oldu
16 May 2010 Bazar 01:50
Alman model Klaudiya Şiffer Londonda dünyaya qız övladı gətirib.
Məşhur alman maneken Klaudiya Şifferin qızı olub. Manekenin rəsmi nümayəndəsi Londondakı açıqlamasında bildirib ki, Böyük Britaniyada yaşayan Kulaudiya Şifferin yenicə dünyaya gəlmiş körpəsinin vəziyyəti yaxşıdır. Uşağa hələlik ad qoyulmayıb.
Qeyd edək ki, Klaudiya Şiffer 2002-ci ildə ailə qurub. O, həmin vaxtdan modellik karyerasını qismən yekunlaşdırıb və ailəsi ilə məşğul olmağa başlayıb. 39 yaşlı modelin 7 yaşlı oğlu və 5 yaşlı qızı var.
Qeyd edək ki, bir neçə gün əvvəl Klaudiya Şiffer “Vogue” jurnalının üz qabığına çılpaq çəkilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: