Kiyevdə Emin Ağalarovun konserti olub
30 Noyabr 2010 Çərşənbə Axşamı 00:30
O, yeni ingilisdilli albomunu da təqdim edib
Kiyevdə, “Kristal-holl”da populyar Azərbaycan bəstəkarı və müğənnisi Emin Ağalarovun ilk konserti və “Emin” adlı yeni ingilisdilli albomunun təqdimatı keçirilib. Səhnə qarşısındakı meydançada yeniyetmə və gənclər, eləcə də orta nəslin nümayəndələri istedadlı həmvətənimizin oynaq və lirik nəğmələrinin sədaları altında rəqs ediblər.

E.Ağalarov ustadı saydığı Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş mahnıları ifa edəndə salon sözün əsl mənasında coşub, onun çıxışı “bravo” sədaları ilə müşayiət olunub. Emin özünü Kiyev dinləyicisinə sadə, ulduz xəstəliyindən uzaq istedadlı gənc kimi təqdim edə bilib. O, dinləyicilərlə söhbətləşib, auditoriyaya komplimentlər göndərib, yeni SD-də avtoqraf paylayıb, pərəstişkarları ilə şəkil çəkdiririb.

Konsertdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, Ukrayna ictimaiyyətinin nümayəndələri, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) rəhbərliyi və UAK-ın Kiyev və regional təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Konsertdən sonra Eynulla Mədətli çoxsaylı Azərbaycan diasporu və şəxsən öz adından möhtəşəm çıxışı münasibətilə Emini təbrik edib, gözəl konsertə görə ona minnətdarlığını bildirib, həyatda və yaradıcılıqda böyük uğurlar arzulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar