Kıvanç Tatlıtuğu 13 kq arıqladan film
31 Avqust 2011 Çərşənbə 16:45
Mövsümün ən maraqlı serialında çəkilən Kıvanç Tatlıtuğ böyük fədakarlıq edib
“Kanal D”də nümayiş olunacaq Kuzey Güney (Şimali Güney) serialının mövsümün ən iddialı və maraqlı filmlərindən biri olacağı gözlənilir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, serialda baş rol ifaçılarından biri olan Kıvanç Tatlıtuğ boksçunu canlandıracaq. O, rolu üçün böyük səy göstərib. 6 ay ərzində gecə- gündüz çalışan Tatlıtuğ döyüş sirlərinə yiyələnməyə çalışıb.

“Döyüş ustası Ara Karanfil ilə birlikdə çalışıram. Çalışdığım müddətdə, nə az, nə çox, düz 13 kiloqram arıqladım, piylərimin yerinə əzələlərim çıxdı. Dieta saxlayıram. Bu işdə Ara Karanfil mənə böyük dəstək oldu”, - deyə Kıvanç Tatlıtuğ vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar