Tanınmış türkiyəli aktyor Kıvanç Tatlıtuğ evlənmək qərarına gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadal verdiyi məlumata görə, münasibətlərinə üçüncü bir şans verərək keçən həftə barışan Tatlıtuğ və Azra Akın cütlüyünün bu dəfə evlilik qərarı aldığı bildirilir.
Birlikdə getdikləri Amsterdamdan ötən axşam dönən cütlük, gecəni Tatlıtuğ ailəsinin Erenköydəki evində keçirib.
Azərbaycan tamaşaçısının daha çox "Behlül" kimi tanıdığı aktyor gecə ailəsinə münasibətləri ilə bağlı aldığı qərarı açıqlayıb. Evlənməyi düşündüklərini söyləyən məşhur oyunçu bu sözləri ilə xüsusilə də anası Nurtən Tatlıtuğu xoşbəxt edib.
Xatırladaq ki, Tatlıtuğun 2002-ci ilin dünya gözəli Azra Akınla münasibətləri 2002-ci ildə başlayıb, 2008-ci ildə bitmişdi. Cütlük 2011-ci ildə münasibətlərinə bir şans daha versə də, keçən fevralda yenə ayrılmışdılar. Uzun müddət bir birindən ayrı qala bilməyən cütlük 2 aydan sonra keçən həftə barışıblar.