Kıvanç Tatlıtuğ Dubayı coşdurdu
15 Mart 2013 Cümə 08:31
Yaraşıqlı türk aktyoru Kıvanç Tatlıtuğ film qalası üçün BƏƏ-yə gedib.
Türkiyənin tanınmış aktyorlarından olan Kıvanç Tatlıtuğ "Kəpənəyin röyası" filminin qalası üçün getdiyi Birləşmiş Ərəb Əmirliklərində böyük bir coşğu ilə qarşılanıb. Dubay şəhərində böyük ticarət mərkəzində keçirilən qalaya qatılan yaraşıqlı aktyor mərkəzə daxil olan kimi ərəb pərəstişkarlarının marağına səbəb olub.

Ərəb dünyasında "Mühanned" adı ilə tanınan Kıvanç Tatlıtuğ ona göstərilən diqqətdən məmnun olduğunu bildirib. "Ərəb tamaşaçıların göstərdiyi isti münasibətdən və filmin Dubayda nümayiş olunmasından dolayı çox xoşbəxtəm. Filmin türk dramı haqqında yaxşı təəssüratlar buraxacağına ümid edirəm", - Kıvanç Tatlıtuğ belə deyib.

Qeyd edək ki, "Kəpənəyin röyası" adlı film ərəb dilinin Suriya dialektində dublyaj edilib və Birləşmiş Ərəb Əmirliklərində bu gün nümayiş olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar