Kişilər oxuyur konsertinin anonsları anlaşılmazlığa səbəb olub
04 Mart 2011 Cümə 19:16
Kişilər oxuyur konsertinin anonsları anlaşılmazlığa səbəb olub. Qadınlara qadağa qoyulan səhnəyə hansı kişi müğənnilər çıxacaq?
Beynəlxalq Qadınlar Günü münasibəti ilə konsert keçiriləcək. Martın 7-də təşkil ediləcək “Kişilər oxuyur” adlı konsertdə adından da məlum olduğu kimi yalnız kişi müğənnilər çıxış edəcək. Konsertin təşkilatçılarının ANS PRESS-ə verdiyi məlumata görə, sözügedən tədbirin aparıcıları qismində də səhnəmizin 4 yaraşıqlı oğlanından ibarət NEXT qrupu çıxış edəcək.

Konsertlə bağlı xəbərlərdə qadın sənətçilərimizin iştirakına qadağa qoyulduğunun qeyd olunması müxtəlif anlaşılmazlıqlara səbəb olub. Belə ki, çoxları elə düşünür ki, xanımlar konsertə buraxılmayacaq. Əslində isə söhbət qadın sənətçilərimizin konsert günü səhnəyə çıxması ilə bağlı qoyulan qadağadan gedir. Çünki, bu dəfə kişi həmkarları onların simasında bütün Azərbaycan qadınları üçün oxuyacaq.

Qeyd edək ki, “Kişilər oxuyur” konsertində xalq artisti Faiq Ağayevində iştirakı gözlənilir. Məlum səbəbdən tədbirə qatılması ilə bağlı şübhələr olsa da, xalq artisti bu konsertdə məmnuniyyətlə iştirak edəcəyini bildirib. Digər qonaqlar isə əməkdar artist İlqar Muradov, müğənnilər Rəhim Rəhimli, Samir Bağırov, İzzət Bağırov, Elnur, Xəyyam Nissanov, Azad Şabanov, Adil Baxışlı, meyxanaçı Namiq Qaraçuxurlu və rep qrupu HOST olacaq.

Onu da qeyd edək ki, 8 mart qadınlar günü münasibəti ilə keçirilən konsertdə xanımlarımız üçün sürpriz çiçək yağışı reallaşacaq. Təşkilatçı Tural Bayraməliyevin dəstəyi ilə baş tutacaq konsert üçün xüsusi LED dekor hazırlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar