Keyt Uinsletin evi yanıb
14 Avqust 2012 Çərşənbə Axşamı 13:30
Məşhur aktrisa Keyt Uinsletin evi yanıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Titanik” filmi ilə məşhurlaşan aktrisa sözügedən evi 700 min sterlinqə satdığı İngiltərədəki ev xarabaya dönüb. Xanım aktrisa sözügedən evi 2001-ci ildə 380 min sterlinqə almışdı. Ancaq ilk həyat yoldaşından ayrıldıqdan sonra 700 min sterlinqə satıb. Aktrisanın evi yanğın söndürənlər tərəfindən söndürülüb. Lakin ev yararsız hala düşüb. Polislər hadisəylə bağlı istintaq işlərinə başlayıblar. Qeyd edək ki, Keyt Uinslet evi aldıqdan bir neçə ay sonra həyat yoldaşı rejissor Cim Tripletondan boşanıb. Evin təmir üçün minlərlə sterlinq xərcləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar