Kərim öz toyunda ayaqyalın oynadı
07 Dekabr 2010 Çərşənbə Axşamı 13:10
Müğənni öz yaxın qohumu ilə ailə qurub
Müğənni Kərim dünən Bakının məşhur restoranlarından birində özünə toy edib. ANS PRESS-in məlumatına görə, müğənni öz yaxın qohumu ilə ailə qurub. Toyu müğənni Emin Bədəlov idarə edib, aparıcılıq isə Lalə Əlimuxtarovaya həvalə olunub.

Gəlin və bəy qonaqları nə az, nə çox, düz bir saat gözlədiblər. Saat 20:00-da məclisin səbəbkarları peyda olublar. Kərim və gələcək həyat yoldaşının qədəmlərinə qızılgüllər səpilib.

Toyda xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Faiq Ağayev, müğənnilər Xatirə, Ramal, Natəvan Həbibi, Xuraman Şuşalı, Yeganə Mürsəlova, Səidə Sultan, Mehrim, Vüqar Muradov, Elariz, Nadir Qafarzadə də iştirak ediblər.

Nadir Qafarzadə toyun ən aktiv iştirakçılarından olub. Müğənni ritmik rəqsləri ilə hamının diqqətinə səbəb olub. Bəy özü də məclisin qızışan vaxtında ayaqqabılarını çıxarıb, ayaqyalın oynayıb...

Toyun ən maraqlı məqamlarından biri də Flora Kərimovanın fonoqramdan imtina edib canlı oxuması olub. Xalq artisti Kərimlə birlikdə canlı mahnı oxumaq arzusunda olduğunu deyib. Onlar birlikdə Kərimovanın repertuarından “Bağışla” mahnısını ifa ediblər.

Gəlin və bəy davranışları ilə toy adamlarından çox, ev məclisində iştirak edən qonağı xatırladıblar, qonaqların arasında olublar, söhbət edib zarafatlaşıblar, şəkillər çəkdiriblər.

Toy gecə saatlarına qədər davam edib və bayram atəşfəşanlığı ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar