Kərim keçmiş həyat yoldaşı Təranəni məhkəməyə verəcək
02 Mart 2009 Bazar Ertəsi 18:45
Müğənninin prodüsseri Rüfət İsmayılov məhkəmədə Təranədən 30 min manat təzminat tələb edəcək

 

Kərim və prodüsseri Rüfət İsmayılov, müğənninin keçmiş həyat yoldaşı Təranəni məhkəməyə verməyə hazırlaşırlar. Bu barədə məlumatı ANS PRESS-ə açıqlamasında müğənninin prodüsseri Rüfət İsmayılov verib. Onun sözlərinə görə, buna səbəb Təranənin onların şərəf və ləyaqətini alçaltması və mətbuatda yalan informasiya verməsidir. Kərim və prodüsseri Təranəyə qarşı Binəqədi və Xətai rayon məhkəmələrinə müraciət edəcəklər.
R. İsmayılovun sözlərinə görə, Təranə onun haqqında səhv informasiya yadığı üçün küçəyə çıxa bilmir: «O deyib ki, "Rüfət kişi kimi kişi, qadın kimi qadın deyil". Guya mən şeytanam. Mən şou-biznesdə olanda, "Mister Azərbaycan" nominasiyasında mükafat alanda, "Best model" yarışmasında 2000-ci ildə Qrand mükafatı alanda nə Kərim, nə də Təranə şou-biznesdə yox idi. Mən Elmira Ələkbərzadə, Zülfiyyə Xanbabayeva kimi müğənnilərin kliplərində çəkiləndə nə onlar, nə də başqaları var idi. Mən müxbir kimi də fəaliyyət göstərmişəm».

Rüfət İsmayılov Təranədən 30 min manat təzminat tələb edəcəyini də qeyd edib. «Çünki mən indi işə düzələ bilmirəm. Küçədə gəzəndə mənim üzərimə qışqırırlar ki, sən ailə dağıtmısan. Mənim ailəm mənimlə danışmır. Mən ondan ya pul tələb edəcəm, ya da onun həbs edilməsini istəyəcəm».

Prodüsserin sözlərinə görə, Təranə də keçmiş həyat yoldaşı Kərimi məhkəməyə verib. Buna səbəb isə ona məxsus evi Kərim tərəfindən banklardan birinə girov qoyulması olub.

Kəmalə Məmmədova/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar