Kənan M.M azad ediləcək
30 İyul 2014 Çərşənbə 17:31
Mən hesab edirəm ki, Kənan M.M sabah azadlığa buraxılacaq.
“Mən hesab edirəm ki, Kənan Mahmudovu sabah azadlığa buraxacaqlar”.

Bunu ANS PRESS-ə açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

O, Kənan Mahmudovla Vüqar Muradovun barışdıqlarını söyləyib:

“Mən Mahmudov Kənan Mahmud oğlu ilə görüşdüm. O, mənə dedi ki özümü günahkar bilmirəm. Ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi verilib. Mən də onun azad edilməsini xahiş etdim. Səhhəti yaxşıdır. Iki nəfərlik kamerada qalır. Vüqar Muradov şikayət ərizəsini də geri götürüb və barışıblar. Hesab edirəm ki, Kənanı sabah sərbəst buraxacaqlar”.

Qeyd edək ki, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xuliqanlıqda ittiham olunan rejissor Kənan Mahmud oğlu Mahmudov saxlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar