Kənan İmirzalioğlu serial çəkilişlərinə son qoyur
18 Dekabr 2012 Çərşənbə Axşamı 06:53
Ezel obrazıyla tanına aktyor Kənan İmirzalioğlu çəkiliş müddətinin çox olmasından şikayətçi olub.
ANS tamaşaçılarının “Dəli Ürək” serialında Yusuf Miroğlu obrazıyla tanıdığı, daha sonra Azərbaycan tamaşaçısı tərəfindən “Ezel” serialında Ezel obrazıyla tanına aktyor Kənan İmirzalioğlu serial çəkilişlərinə son qoyacağını deyib. Hazırda “Karadayı” serialında Mahir Kara obrazını canlandıran aktyor çəkiliş müddətinin çox olmasından şikayətçi olub. “İş şərtləri dəyişilməsə serial çəkilişlərinə son qoymaq barədə fikirləşəcəyəm. 40 ölkəyə serial satılır. Artıq müddətlər azaldılmalı, keyfiyyət axtarışına gedilməlidir” – deyə aktyor öz etirazını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar