“Kaş ki, Çe Qevara ilə birlikdə olsaydım”
07 Sentyabr 2011 Çərşənbə 06:43
Məşhur aktrisa feministlərin icasında məşhur inqlabçı barədə etiraflarını səsləndirib
Amerikalı məşhur aktrisa, iki dəfə “Oskar” mükafatı laureatı Ceyn Fondanın ən böyük peşmançılığı argentinalı inqlabçı Çe Qevara ilə birlikdə olmamasıdır. Bu barədə jurnalist Partisiya Bosvortun hazırladığı “Ceyn Fonda: İctimai qadının şəxsi həyatı” (Jane Fonda: The Private Life of a Public Woman) adlı kitabda yazılıb. Qeyd edək ki, kitabda, 3 dəfə ailəli olmuş 73 yaşlı aktrisa barədə qeyri-adi məlumatlar var.
Adı siyasi fəallarla yaşadığı gizli eşq şaiyələrinə qarışan, Vyetnam müharibəsinə qarşı nümayiş etdirdiyi müxalif fikirləri ilə yadda qalan aktrisa feministlərin iclasında ən böyük peşmançılığının inqlabçı Çe Qevara ilə yatmamaq olduğunu etiraf edib.
Kitabda həmçinin Fondanın 1973 – 1989-cu illərdə birlikdə yaşadığı ikinci əri məşhur fəal Tom Haydenin çox burjua olduğunu irəli sürərək aktrisanı qabyuyan və paltaryuyan maşından istifadə etməyə qoymadığı yazılıb.
DOSTLARINLA PAYLAŞ: