Karolina serial fanatlarını hövsələdən çıxardı
04 Aprel 2011 Bazar Ertəsi 01:20
Bir qrup qadın nazirin yolunu kəsərək Karolina obrazını canlandıran Vilma Ellesin ölkəsinə göndərilməsini tələb edib
Türkiyədə bir qrup qadın Əmək və əhalinin sosial müdafiəsi naziri Ömer Dinçerin yolunu kəsərək “Öyle Bir Geçer Zaman ki” serialında Karolina obrazını canlandıran Vilma Ellesin ölkəsinə göndərilməsini tələb edib. Qadınların tələblərini təəccüblə dinləyən nazir insanların filmlə həyatı bir-birinə qarışdırdığını bildirib: “Bütün qadınları Əli kapitanın yuvasını dağıdan Karolinaya nifrət edir. Hətta mənə zəng vuraraq Karolinanın ölkədə icazəsiz qaldığını deyənlər də var, “ölkədən deportasiya edin ailə xilas olsun” deyə məktub yazanlıar da. Canlandırdığı obraza elə nifrət edirlər ki, Türkiyədən gedərsə ailənin xilas olacağına inanırlar”.

Nazir bu məsələni araşdırdığını, Vilma Ellesin 2 ildir Türkiyədə yaşadığını, bütün sənədlərinin isə qaydasında olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar