Kardaşyan uşaq istismarından pul qazanırmış
24 Dekabr 2011 Şənbə 17:04
Kardaşyan ailəsi ticarət mallarını uşaqların saatı 1 dollara işlədiyi fabrikdən alır.
Amerikalı tok-şouçu erməni əslli Kim Kardaşyan və ailəsinə aid geyim şirkətinin satışa çıxardığı malların Çində uşaq əməyinin istismar edildiyi və fəhlə hüquqlarının olmadığı fabriklərdən aldığı bildirilir.
“Qlobal Əmək və İnsan Hüquqları İnstitutu” rəsmiləri bu fabriklərin uşaqları və fəhlələri həftədə 84 saat, havalandırma sistemi olmayan məkanda saatı 1 dollara işlətdiyini müəyyənləşdirib. Bundan başqa qurumun hesabatına görə, qalacaq yer və yemək ehtiyacını iş yeri qarşıladığı üçün fəhlələr qazanclarını yenidən idarəçilərə verir və ayda sadəcə 15 dollar qazanırlar.
Qeyd edək ki, Kardaşyan ailəsi keçən il bu ticarət sayəsində 65 milyon dollar qazanıb. Ailənin vəkili isə “Qlobal Əmək və İnsan Hüquqları İnstitutu”nun bu iddialarının araşdırılacağını deyib.
DOSTLARINLA PAYLAŞ: