Kamran Həsənli Türkiyədə bizneslə məşğul olacaq
10 May 2009 Bazar 14:35
Şoumenin istirahət bölgələrindən birində restoran işlədəcəyi barədə məlumat yayılıb

Türk sənətçilərinin ölkəmizdə öz biznesini qurması artıq adi hala çevrilib. Bu dəfə isə şoumen Kamran Həsənli Türkiyədə bizneslə məşğul olmaq qərarına gəlib. «İstiot»un məlumatına görə, o,Türkiyənin turizm şəhərləri olan Antalya və Alanyanın arasında yerləşən Manavqat adlı kiçik istirahət bölgəsində restoran işlədəcək. Restoranın açılışı may ayının axırlarına nəzərdə tutulub. Lakin Kamran Həsənli özü 0 barəsində yayılan bu xəbərin çox gözəl şaiyə olduğunu bildirib və xəbəri təkzib edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar