Jurnalistlər etiraz əlaməti olaraq Elza Seyidcahanın tədbirini tərk etdilər
04 Dekabr 2012 Çərşənbə Axşamı 17:48
Bəstəkar-müğənni öz klipinin təqdimatına gedib çıxa bilmir
Yeni klipinə təqdimat edən bəstəkar-müğənni Elza Seyidcahanın tədbirini bir neçə jurnalist tərk edib. ANS PRESS-in məlumatına görə, səbəb müğənninin öz məclisinə gecikməsidir. Belə ki, Elza xanım yeni çəkdirdiyi kliplərdən birinə təqdimat etmək üçün jurnalistləri Beynəlxalq Mətbuat Mərkəzinə dəvət edib. Özü isə məkanın yerini səhv salaraq şəhərin başqa hissəsinə - Bulvar tərəfə gedib çıxıb.
Gözləməkdən yorulan jurnalistlərin bir neçəsi etiraz əlaməti olaraq tədbiri tərk edib.
DOSTLARINLA PAYLAŞ: