Jerar Depardye Fransaya qayıtdı
06 Avqust 2013 Çərşənbə Axşamı 08:14
Aktyor Jerar Depardye vergilerden qaçmadığını açıqlayıb.
Bir müddət əvvəl Rusiya vatandaşlığına keçən və Fransanı tərk edən məşhur aktyor Jerar Depardye Fransaya qayıdıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, aktyorun Parisə dönüşünün səbəbi film çəkilişləri olub.
Üç ay ay sonra ilk dəfə Parisə ayaq basan Depardye vergilərdən qaçmadığını açıqlayıb:
“Əslində vergi ödəməkdən qaçmıram. Sadəcə vergi siyasətinə qarşıyam”.
Qeyd edək ki, J.Depardieu “F2014” adlı filmde 30 il FIFA prezidenti vəzifəsini yerinə yetirən Jules Rimeti canlandıracaq.
DOSTLARINLA PAYLAŞ: