Jennifer Lopez Prezidentden 10 milyon dollar alıb
13 İyul 2013 Şənbə 13:37
Jennifer Lopez Türkmenistan prezidentinin ad gününde oxuyub.
Hüquq müdafiəçiləri Türkmənistan prezidentinin doğum günündə çıxış edən amerikalı müğənni Cenifer Lopezin 10 milyon dollar qazandığını iddia edir. “Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hüquq müdafiəçiləri bildiriblər ki, müğənni hansı “diktatorun” qarşısında çıxış edəcəyinə özü qərar verə bilər.

Lakin "Amnesty International”ın Meksika qadınlarının hüquqlarının müdafiəsində aktiv iştirak edən pop-divanın bu cür korporativ tədbirlərdə iştirakının onun nüfuzuna zərbə vura biləcəyini də istisna etmirlər.

Xatırladaq ki, Cenifer Lopez iyunun 29-u 56 yaşını qeyd edən prezident Qurbanqulu Berdimuhammedovun doğum günündə ifa etmişdi. O, üç rəqqasın müşayiəti ilə bir neçə məşhur mahnısını oxumuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar