İzzət Bağırov fəxri ad istəyir
04 Dekabr 2009 Cümə 14:25
İzzət Bağırov: "Məgər məni görmürlər?"
Müğənni İzzət Bağırov fəxri ad istəyir. ANSPRESS-ə açıqlama verən ifaçı, əməyinə laqeyid yanaşıldığını bildirib.

“Hər bir sənətçi kimi mən də fəxri ad istəyirəm. Məgər məni görmürlər? 18 ildir oxuyuram. İzzət bəziləri kimi sənətə toyxana "palatka"larından yox, Azərbaycan Dövlət Televiziyasından gəlib. Dəvət edilən bütün dövlət tədbirlərində iştirak edirəm. Elə gün olub ki, 3 dövlət konsertində iştirak etmişəm. Günüm avtomobildə keçib. Artıq maşınımda yastığım da var. Təbii ki, bir vətəndaş kimi tədbirlərdə iştirak etmək borcumdur. Amma onlar da gərək əməyimi nəzərə alsınlar”-deyə müğənni bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar