İsveç təmsilçisi “Eurovision-2011”in favoriti hesab edilir
14 Mart 2011 Bazar Ertəsi 11:04
İsveçin “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisi bəlli olub
İsveçin “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisi bəlli olub. APA-nın məlumatına görə, 21 yaşlı Erik Saade “Melidifestival-2011”-in qalibi olub və ölkəsini Düsseldorfda “Populyar” mahnısı ilə təmsil etmək şansı qazanıb. Erik Xalid Saadenin atası livanlı, anası isə isveçlidir. Qeyd edək ki, “Melodifestival” İsveçin məşhur şousudur. Şou ərzində 5 şəhərdə tur olub, final isə Globe Arenada təşkil edilib. Finalda 10 iştirakçı yarışıb. Bunların arasından isə Erik Saade qalib seçilib. “Eurovision”nun bir çox fanatları artıq gənc ifaçını favorit hesab edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar